Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış idmançı vəfat etdi

Tanınmış idmançı vəfat etdi

Tarix: 28 Iyul 2025 16:20

Boks üzrə iki çəki dərəcəsində dünya çempionu olmuş Duayt Məhəmməd Qavi 72 yaşında dünyasını dəyişib.

Sonxeber.net xəbər verir ki, əsl adı Duayt Braxton olan mərhum idmançı 1953-cü ildə ABŞ-nin Merilend ştatının Baltimor şəhərində anadan olmuşdu. Gənclik illərində silahlı qarətə görə həbsə düşən Qavi məhz həbsdə olarkən boksla tanış olmuşdu. Azadlığa çıxandan cəmi bir neçə ay sonra 1978-ci ildə peşəkar rinqə qədəm qoyan Qavi ilk üç döyüşündən yalnız birini qazansa da, sonradan sürətlə yüksələrək yüngül ağır çəki dərəcəsində uzun qələbə seriyası qurmuşdu.

Bu uğurlar ona həmin dövrdə WBC və Ring Magazine titullarının sahibi olan Metyu Saad Məhəmmədə qarşı döyüş imkanı qazandırmışdı. Qavi rəqibini 10-cu raundda texniki nokautla məğlub edərək dünya çempionu titulunu qazanmış və bu titulu üç dəfə müdafiə etmişdi. 1983-cü ildə o, Maykl Spinksə uduzaraq titulunu itirmişdi.


Etiketlər:  Tanınmış idmançı vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ