Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 10:15
Müğənni Günay İbrahimli telekanalları tənqid edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi İnstaqram hesabına gələn "Sizi efirlərdə niyə az görürük" sualını cavablayərkən, kanallardakı proqramlardan narazılığını bildirir:
"Heyf ki, istədiyim keyfiyyətdəki verilişlər çox azdır. İşıqlanma, görüntü, səslənmə və çəkiliş meydançası aşağı səviyyədədir".
Günay həmçinin çox insanla dostluq etməyi sevmədiyini də bildirib:
"Həyatımda və ətrafımda çox adam olmasını heç zaman sevməmişəm. Dostlarım azdır".