Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2021 08:36
Adneksit.
Adneksit- yumurtalıq və uşaqlıq borularının iltihabıdır. Ən çox yayılan genikoloji xəstəliklərdən biridir, 20-30 yaş arası qadınlarda rast gəlinir.
Səbəbləri:
Adətən iltihab uşaqlıq borularından başlanır. Bu zaman kəskin salpingit başlanır. İnfeksiya qalxan ( cinsi yolla), enən yolla(qanla) daxil ola bilər. İnfeksiyada ən çox stafilokokklar, streptokokklar, eşerixiyalar rol oynayır. Risk faktorlarına abortlar, uşaqlıqdaxili spirallar, uşaqlığın qaşınması aiddir. Əvvəlcə infeksiya uşaqlıq borularından başlanır, sonra isə bütün divarlara yayılır, mənfəz seroz maye, bəzən isə irinlə dolur. Yumurtalıqların iltihabı (ooforit) və uşaqlıq borularının iltihabı bir yerdə salpihqooforit adlanır.
Simptomları:
Adneksit kəskin başlayır, hərarət 39 dərəcəyə qalxır, qarnın aşağı hissəsində kəskin ağrı qeyd olunur. Bəzən simtomlar appendisiti xatırladır. Aybaşı sikli pozulur, uzun müddətli olur və aybaşıarası dövrdə qanaxmalar olur. Sidik ifrazı zamanı ağrılar, sulu, irinli ifrazat qeyd olunur. Cinsi akt zamanı və ondan sonra ağrılar qeyd olunur. Müalicə olunmadıqda adneksit xroniki formaya keçir. Kəskin forma peritonitlə ağırlaşa bilər. Bu isə uşaqlıqdankənar hamiləlik, sonsuzluğa səbəb ola bilər
Həkim nə edə bilər:
Genikoloji müayinədə həkim uşaqlıq yolunda yaxma götürür. Müalicə antibiotiklərlə aparılır. Penisillin və sefalosporinlərdən istifadə olunur. Kurs müalicə 10-14 gündür.
Siz nə edə bilərsiniz:
İlk əlamət olduqda mütləq həkimə müraciət edin, özbaşına müalicə etməyin, şəxsi qiqiyenaya əməl edin, infeksiyaları vaxtında müalicə etdirin.