Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadına yanlışlıqla altı doza koronavirus vaksini vuruldu

Qadına yanlışlıqla altı doza koronavirus vaksini vuruldu

Tarix: 12 May 2021 11:04

İtaliyada qadına yanlışlıqla altı doza koronavirus peyvəndi vurulub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Toskana bölgəsində baş verib.

Bildirilir ki, "Pfizer-BioNTech" peyvəndi 23 yaşlı qadına vurulub.

Xəstəxananın sözçüsü Daniella Gianelli qadının 24 saat nəzarətdə saxlanıldığını deyib. Onun səhhətində hansısa bir dəyişiklik olmadığından evə buraxılıb.

Qeyd edilir ki, tibb işçisi peyvəndi 6 qramlıq şprisə doldurub və birdəfəyə qadına vurub, sonra isə gedib.

Faktla bağlı araşdırma başladılıb.

Həkimlər peyvənd edilən qadının immun sisteminin vəziyyətinə nəzarəti davam edəcəklər.


Etiketlər:  Qadına yanlışlıqla altı doza koronavirus vaksini vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ