Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sinir hüceyrələri və neyronları bərpa edən vitamin və qidalar - Nevroloji DİETA

Sinir hüceyrələri və neyronları bərpa edən vitamin və qidalar - Nevroloji DİETA

Tarix: 12 May 2021 20:00

Sinir, əsəb sisteminin normal fəaliyyəti, insanın psixi gərgin vəziyyətlərə və xroniki stresə davamlı olması üçün Mərkəzi, periferik sinir sistemi və beyinə nələr lazımdır?

Sonxeber.net beyinin, sinir sisteminin bərpası üçün lazım olan maddələrin siyahısını təqdim edir.

1. Oksigen, hava - bunun üçün qanda hemoqlobin, B 12 vitaminin miqdarı normada olmalıdır
2. B qrup vitaminləri - beyin və sinir hüceyrələrinin maddələr mübadiləsini təmin edir
3. Askorbin turşusu, yəni C vitamini

4. E vitamini - sinir hüceyrələrini bərpa edir, yeniləyir
5. A vitamini
6. Omeqa 3- balıq yağı

7. Maqniy, kaliy, selen - sakitləşdirir, yeni neyronlar yaradır
8. D vitamini
9. Qlükoza və karbohidratlar - energetik ehtiyatı təmin edir

Sinirlərin sevdiyi qidalar:

- Bütün qozlar, fındıq, badam - təsadüfi deyil ki, bunların forması da beyinə oxşayır.
- İspanaq, cəfəri, göyərtilər
- Giləmeyvələr - onlarda çox miqdarda vitamin, C vitamini vardır. Sinir hüceyrələrini yeniləyir
- Qara təmiz şokolad - beyin damarlarını genişləndirir, oksigeni artırır

- Yarmalar, taxıllar - qara çörək və s. B vitaminləri ilə zəngindir
- Yağlı balıq, balıq yağı, kürü, dəniz məhsulları - nevroz, depressiyanın dərmanıdır
- Pendir - istər sarı, istər ağ

- Banan - maqniy, kaliy mənbəyidir
- Təmiz bal - beyini təmiz qlükoza ilə təmin edir

Sinir hüceyrələrini nə öldürür?

- Ağ un, ağ çörək, şəkər tozu, qızartma yeməj, trans yağ, marqarin, qazlı şirəli sular, yağlı ət, soya sousu, içki, narkotik, siqaret. /medicina.az


Etiketlər:  Sinir hüceyrələri neyronları bərpa edən vitamin qidalar Nevroloji DİETA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ