Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 17:50
UNESKO tərəfindən 2019-cu il üzrə UNESKO-Yaponiya Gənc Tədqiqatçılar üçün Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edilmişdir.
Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, insan resursları üçün potensialın gücləndirilməsi üzrə Yaponiyanın Etimad Fondu tərəfindən layihələşdirilən bu proqram əsasən aşağıdakı tədqiqatların aparılmasına yönəlib:
ətraf mühit, xüsusilə fəlakət riskinin azaldılması; mədəniyyətlərarası dialoq; informasiya və kommunikasiya texnologiyaları; münaqişələrin sülh yolu ilə həlli.Gənc tədqiqatçıların bilik və imkanlarını gücləndirmək məqsədi daşıyan bu proqramda hökümət, qeyri-hökümət qurumları, universitetlər və elmi-tədqiqatlar institutların nümayəndələri iştirak edə bilərlər.
Müvafiq proqram üzrə son müaraciət tarixi 29 noyabr 2019-cu il olaraq müəyyən edilmişdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin