Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suqovuşan yaxınlığında ASALA terrorçularının anbarı aşkarlandı - FOTO

Suqovuşan yaxınlığında ASALA terrorçularının anbarı aşkarlandı - FOTO

Tarix: 16 May 2021 15:02

İşğaldan azad edilmiş Suqovuşan yüksəkliklərində yol infrastrukturu işləri və yeni kommunikasiya xətlərinin çəkilməsi üçün ərazini minalardan təmizləyən Azərbaycan Silahlı Qüvvələrinin mühəndis bölmələri bir vaxtlar Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinə məxsus olan saxlanc yerini aşkarlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, piyada əleyhinə minalanmış ərazidə basdırılmış iki plastik çəlləkdə avtomat tüfənglər, pulemyot, qumbaraatan, süngü bıçaq, ərzaq məhsulları, siqaretlər, səssiz atəş cihazları, rabitə və optik müşahidə cihazları, GPS naviqatoru, zirehli jilet, siqnal tapançası, döyüş sursatları, həmçinin sadalanan silahlar üçün daraqlar və müxtəlif məqsədli patron qutular aşkarlanıb.

Kamuflyaj toru ilə örtülmüş anbarda olan çəlləklərin birində ASALA terror təşkilatının bayrağı və müəyyən miqdarda psixotrop həblər də tapılıb.

Faktla əlaqədar istintaq başladılıb və tapıntılar ekspertizaya göndərilib.

Milli.Az


Etiketlər:  Suqovuşan yaxınlığında ASALA terrorçularının anbarı aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ