Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu kafe və restoranlar cərimələndi - SİYAHI

Bu kafe və restoranlar cərimələndi - SİYAHI

Tarix: 16 May 2021 16:50

9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Sonxeber.net-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

Qeyd olunub ki, AQTA qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri çərçivəsində 2021-ci il mayın 15-də ölkə üzrə 429 ictimai iaşə obyektində 753 monitorinq keçirilib. Monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, N. Nərimanov küçəsi 6 ünvanında yerləşən, fiziki şəxs Əşrəfov Qardaşxan Hümbət oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nəsimi‎ rayonu, Tbilisi pr., ev 52, m. 3 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Əlipənah Dadaş oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nəsimi ‎ rayonu, 20 Yanvar küçəsi 2/51 ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Müşviqə məxsus kafe;

4. Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küç., ev 241 ünvanında yerləşən, fiziki şəxs Əjdərov Əhmədağa Bəxtiyar oğluna məxsus çay evi;

5. Bakı şəhəri, Suraxanı ‎rayonu, Əmircan ştq, Səttar Bəhlulzadə küçəsi 129E ünvanında yerləşən, fiziki şəxs Qəmbərov İlham Süpü oğluna məxsus "Ailəvi" restoranı;

6. Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsi 22M ünvanında yerləşən, fiziki şəxs Babayev Qabil Eyvaz oğluna məxsus kafe;

7. Göyçay rayonu, M. Hüseynzadə küçəsində yerləşən, fiziki şəxs Mustafayev Elburuz Əli oğluna məxsus kafe;

8. Goranboy rayonu, Səfikürd kəndində yerləşən, fiziki şəxs Muradov Zaur Nizami oğluna məxsus kafe;

9. Lerik rayonu, Lənkəran yolunun 27-ci kilometrliyində yerləşən, hüquqi şəxs Təbəssüm MMC-yə məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


Etiketlər:  kafe restoranlar cərimələndi SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ