Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Ülvi Məmmədovun şəhadət yolu - VİDEO

Şəhid Ülvi Məmmədovun şəhadət yolu - VİDEO

Tarix: 17 May 2021 13:20

Qəhrəmanımız Aprel döyüşlərində şəhid olub

Milli.Az Real TV-ə istinadən bildirir ki, Saleh Məmmədov oğlu Ülvi ilə qürur duyur. Çünki, onun evinin, ocağının, yuvasının tək oğlu Ülvi qəhrəmandır. Ülvi Məmmədov Aprel döyüşlərində şəhid olub. Vətənə bağlılığı bir başqa idi şəhidimizin. O bu sevgisini içində böyüdürdü. O,1985-ci il 10 fevralda Gədəbəy şəhərində müəllim ailəsində anadan olub.

1991-2001-ci illərdə Gədəbəydə tam orta məktəbdə təhsil alıb. 2002-2003 cü illərdə hərbi xidmətə yollanıb, daxili qoşunlarda xidmət edib. Tərxis olunandan sonra evin tək oğlu valideynlərinin narazılığına baxmayaraq yenidən müddətli hərbi xidmətə yollanıb, gizir kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, Saleh Məmmədov ölümündən sonra "Vətənin müdafiəsinə görə" medalı ilə təltif edilib .O indi tarix yazıb ,tarixdə iz buraxanlardandır. Vətən və bu vətənin mərd xalqı səni və səni kimi silahdaşlarını heç zaman unutmayacaq!!! Arzularının içində rahat uyu şəhidim.

Milli.Az


Etiketlər:  Şəhid Ülvi Məmmədovun şəhadət yolu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ