Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda koronavirusa gündəlik yoluxma azaldı

Hindistanda koronavirusa gündəlik yoluxma azaldı

Tarix: 18 May 2021 08:38

Hindistanda koronavirusa yoluxmada gündəlik yoluxma 281 003 nəfərə düşüb.

Hindistan Səhiyyə Nazirliyi məlumat verir ki, yoluxma sayı təxminən bir ayda ilk dəfə 300 mindən aşağı olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Hindistanda xəstələrin sayında artım fevral ayının ortalarından bəri davam edir; 21 apreldən gündə 300 mindən çox, beş dəfə isə 400 mindən çox yoluxma qeydə alınıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, Maharaştra xəstəliyin sayına görə ölkənin ştatları arasında lider olaraq qalır.

Eyni zamanda, koronavirus əleyhinə peyvənd edilənlərin sayında artım qeyd edilib - 182 milyondan çox insan və ya ölkə əhalisinin təxminən 13 %-i vaksinasiya olunub.


Etiketlər:  Hindistanda koronavirusa gündəlik yoluxma azaldı


RƏYLƏR