Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2021 12:30
Koronavirusa yoluxan Əməkdar artist Mətanət İsgəndərli dünən reanimasiyadan palataya yerləşdirilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə müğənninin bacısı Təranə İsgəndərli məlumat verib:
"Mətanət xanımın vəziyyəti çox ağır idi. Özünü çox pis hiss edirdi. Şükürlər olsun, əvvəlkinə baxanda, indi bir az normaldır. Amma özü çox zəifləyib, heysizdir. Müalicəsini palatada davam etdirir".