Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2021 13:28
ÜST kəskin vaksin bərabərsizliyi ilə bağlı açıqlama verib.
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus deyib ki, "Dünya koronavirus pandemiyası ilə birlikdə vaksinlərlə bağlı kəskin ayrı-seçkilik mərhələsinə qədəm qoyub.O bildirib ki, bu məsələ artıq risk olmaqdan çıxıb.Qebreyesusun sözlərinə görə, Ən böyük problem paylaşma əskikliyidir. Buna görə çarə daha paylaşıma meyilli olmaqdır".
Qeyd edək ki, Prezident İlham Əliyev də bir neçə dəfə vaksinlərin ədalətsiz bölgüsündən danışıb.
Prezident BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışı zamanı qeyd etmişdi ki, "Vaksin millətçiliyi", vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü dərin narahatlıq doğurur.