Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2021 17:10
Şimali Makedoniya hökuməti bir rus diplomatın ölkədən çıxarılacağını elan edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "MKD" portalı məlumat yayıb.
"Şimali Makedoniya Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq Rusiyanın Şimali Makedoniyadakı səfirliyində çalışan bir diplomatın "persona non grata" elan edilməsinə qərar verildiyini bildirib.
Bununla əlaqədar olaraq, 2021-ci il mayın 14-də Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və sözügedən diplomatın yeddi gün ərzində Şimali Makedoniya ərazisini tərk etməsini tapşıran bir nota verilib", - deyə məlumatda qeyd olunub.