Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mitreski ''Neftçi'' və Bakının istisi haqda - ''Artıq zövq almırdım''

Mitreski ''Neftçi'' və Bakının istisi haqda - ''Artıq zövq almırdım''

Tarix: 27 Aprel 2019 12:36

"Bakıda 40-45 dərəcə istidə qaçmaq normal təcrübədir. Yaxşı ki, şəhər Xəzər dənizinin sahilində yerləşir. Hərdən əsən xoş meh istinin qarşısını bir az alırdı. Xatırlayıram ki, hətta bir dəfə Avropa Liqasında "İnter"lə 35 dərəcə istidə oynamışdıq. Onlar da təəccüblənmişdilər".

Qol.az-ın məlumatına görə, bu sözləri Rusiyanın "sportbox.ru" saytına geniş müsahibəsində "Neftçi"nin sabiq müdafiəçisi İqor Mitreski deyib. 2010-2014-cü illərdə "ağ-qaralar"ın formasını geyinən makedoniyalı veteran müdafiəçi paytaxt klubundakı karyerasını da xatırlayıb:

"Düşünürəm ki, "Neftçi"dən sonra daha 2 il hansısa komandaya xeyir verə bilərdim. Makedoniya və Kipr klublarından təkliflərim var idi. Amma artıq futboldan zövq almırdım. Uzaq səyahətlərdən, ailəmdən ayrı qalmaqdan bezmişdim. Karyeramı bitirməyə qərar vermək asan olmadı. Çünki yenə də oynayıb, pul qazana bilərdim. Amma pul hər şey demək deyil. İndi ən mənim üçün ən əsası ailəm və uşaqlarımdır. Onları yaxşı yetişdirmək lazımdır. Futbolla vidalaşdıqdan sonra iki il heç nə etmədim. İndi isə yenidən futboldayam və işləmək istəyirəm".

Qeyd edək ki, Mitreski hazırda futbol menecerliyi ilə məşğul olur.

 


Etiketlər:  Mitreski Neftçi Bakının istisi haqda Artıq zövq almırdım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ