Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin Sədri italiyalı nazirlə müzakirələr aparıb - FOTO

Milli Məclisin Sədri italiyalı nazirlə müzakirələr aparıb - FOTO

Tarix: 19 May 2021 18:36

Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 19-da İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.

Görüşdə Luici Di Maio Milli Məclisin Sədri ilə görüşdən məmnun olduğunu bildirib və Azərbaycanla İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bu əlaqələrin inkişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirən nazir parlamentlərarası dostluq qruplarının fəaliyyətini təqdir edib, yüksək səviyyəli parlamentlərarası səfərlərin əhəmiyyətindən danışıb. O, bu əlaqələrin iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verdiyini bildirib.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan parlament nümayəndə heyətinin Romada keçirdiyi görüşlərin sayı İtaliyada Azərbaycanın dostlarının çoxluğundan xəbər verir.

Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşə görə təşəkkür edib, Azərbaycan və İtaliya arasında əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına cavab verdiyini diqqətə çatdırıb. O, İtaliyanın Azərbaycan üçün dost ölkə və strateji tərəfdaş olduğunu bildirib.

Spiker Sahibə Qafarova qeyd edib ki, iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişafı üçün böyük potensial var. Milli Məclisin Sədri iki ölkənin qanunverici orqanları arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, qarşılıqlı səfərlərin bu əlaqələrin daha da genişləndirilməsinə yaxşı imkan yaratdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Etiketlər:  Milli Məclisin Sədri italiyalı nazirlə müzakirələr aparıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ