Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qayınanası və qayınatasını öldürdü - Xaçmazdakı qətlin TƏFƏRRÜATI

Qayınanası və qayınatasını öldürdü - Xaçmazdakı qətlin TƏFƏRRÜATI

Tarix: 20 May 2021 09:32

Xaçmazda qayınatasını və qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Rəhman Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il rayonun Ləcət kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasına atəş açıb.

1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

R.Osmanov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Etiketlər:  Qayınanası qayınatasını öldürdü Xaçmazdakı qətlin TƏFƏRRÜATI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ