Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 13:56
Çempionlar Liqasının üçüncü təsnifar mərhələsində “Qarabağ”ın rəqibi olan APOEL ciddi itki ilə üzləşib.
Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın 22 yaşlı oyunçusu Musa Əl-Tamari sıradan çıxıb.
İordaniyalı hücumameylli yarımmüdafiəçi ÇL-in ikinci mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab matçında (3:0) zədə alıb. Zədə çox ciddi olmasa da, Əl-Tamarinin bir həftə oynaya bilməyəcəyi bildirilib. Bu səbəbdən onun “Qarabağ”la ilk oyunu buraxa biləcəyi qeyd olunub.
APOEL-in digər zədələnmiş futbolçusu - müdafiəçi Vuyadin Saviçin isə matça hazır olacağı yazılıb.
Xatıladaq ki, APOEL-la “Qarabağ” arasında birinci qarşılaşma avqustun 6-da Nikosiyada keçiriləcək.