Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 16:05
"Mən özümü toparlayanda, yaxşı dolananda atamı itirdim".
Sonxeber.net sherg.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev deyib. O "Bizimləsən" verilişində keçmişdə yaşadıqlarından danışıb:
"Atam bizi Şuşadan dişində gətirdi. Pişik balasını dişində gəzdirir, oradan-buradan yemək tapıb gətirir. O da belə etdi. Ona görə övladını atan valideynləri anlamıram. Biz qaçqınlar müharibədən, gülləbarandan çıxıb gəldik. Hamımız evimizi, doğmalarımızı itirdik. Burada çadırlarda, vaqonlarda, çiy kərpiçdən tikilmiş evlərdə yaşadıq. Lakin nə valideynlər övladlarını, nə övladlar valideynlərini atdı.
Çətinliklərin içərisində, bir qarnı ac, bir qarnı tox yaşadıq. Bu üzdən övladını atan valideynlərin yerinə özümü qoya bilmirəm. Hər kəsi başa düşərəm. Bir tək onlara bəraət qazandırmıram. Bir təhər dolanmaq olar, insan acından ölmür. Çətin dolananlar , ehtiyac içində yaşayan ailələr var. Bəzilərinin evdə 5 uşağı, yaxud da xəstə övladı var, çörək tapa bilmirlər, amma onları atmırlar".