Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda daha bir fəlakət – “Qara kif” epidemiyası

Hindistanda daha bir fəlakət –  “Qara kif” epidemiyası

Tarix: 20 May 2021 22:22

Hindistanın Racastan və Telanqana ştatlarında "qara kif" olaraq bilinən mukormikoz epidemiyası barədə elan verilib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Racastan Səhiyyə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilir ki, COVID-19 təsiri və yan təsirləri səbəbiylə ştatda mukormikoz xəstələrinin sayı artmağa davam edir. Məlumata görə, hazırda ştatda 100-ə yaxın belə xəstə var.

Səhiyyə Nazirliyi epidemiya qanununa uyğun olaraq ştat ərazisində mukormikoz  xəstəliyi barədə bütün şübhəli və təsdiqlənmiş hallar barədə xəbər verilməsi barədə tibbi müəssisələrə öhdəlik qoyub.

Mukormikoz və ya "qara kif" - göbələk xəstəliyinin yaratdığı ağırlaşmadır. Xüsusən ağır xəstəliklərlə, o cümlədən koronavirusla mübarizədən sonra immuniteti düşənlər üçün təhlükəlidir.


Etiketlər:  Hindistanda daha fəlakət Qara epidemiyası


RƏYLƏR