Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtobuslarda kondisionerlər niyə işləmir? - VİDEO

Avtobuslarda kondisionerlər niyə işləmir? - VİDEO

Tarix: 21 May 2021 00:26

Xüsusi karantin rejimini xeyli vaxtdır yumşaldılıb, eləcə də bəzi təhsil ocaqları, iş yerləri açılıb. Hər gün  yüzlərlə insan mənzil başına çatmaq üçün  ictimai nəqliyyatdan istifadə edir. Son günlər havaların isti keçməsi və  avtobuslarda sərinləşdiricilərin işə salınmaması vətəndaşlar arasında ciddi narazılıq yaradıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, havaların isti keçməsinə baxmayaraq ictimai nəqliyyatlarda sərinləşdirici sistem hələ də işə salınmayıb.

Yazın son ayı mayda adətən insanlar üçün hava temperaturunun ən komfort göstəriciləri müşahidə edilir. Lakin bu ilin may ayının birinci yarısında havanın orta sutkalıq temperaturu 17 dərəcəyə yaxın olub ki, bu da normadan 0,9 dərəcə yüksək hesab edilir. Havaların isti keçdiyi bu günlərdə ictimai nəqliyyatda sərinləşdiricinin işlədilməməsi sərnişinlərin şikayətinə səbəb olub.

Sürücülər də bildirirlər ki, hava isindikcə vətəndaşların  narazılıqları artıb. Hələki ictimai nəqliyyatlarda nəfəslikləri  açırlar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, nəqliyyatların sərinləşdirici sistemləri qarajlarda tənzimlənir. Əgər gün başlanğıcında sistem yandırılarsa sadəcə qaraja gələndə söndürmək olur. Belə olanda isə səhər və axşam havanın sərin olduğu vaxtda avtobusların daxili sərnişinlər üçün hədsiz soyuq olar.

Mais Ağayev onu da bildirib ki, əgər istiləşmə artsa tarix dəyişə bilər.

Milli.Az


Etiketlər:  Avtobuslarda kondisionerlər niyə işləmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ