Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtkin düşən erməni əsgərin anasını aldatdılar

İtkin düşən erməni əsgərin anasını aldatdılar

Tarix: 21 May 2021 11:14

2020-ci il oktyabrın 1-dən haqqında heç bir xəbər olmayan erməni hərbi qulluqçu Yurik Markosyanın anası Lusine Zakaryan da aldadılıb.

Sonxeber.net ordu.az-a istinadən xəbər verir ki, erməni əsgərin ailəsi 2018-ci ilə qədər Rusiyada yaşayıb.

Erməni əsgər Cəbrayılda qulluq edib, müharibə başlayanda təxminən 9 ayın qulluqçusu olub.

Anası deyir ki, Ermənistanın bütün meyitxanalarında olub, DNT analizləri verib, itkin düşmüş erməni əsgərlərin valideynləri ilə Ermənistanın bütün dövlət qurumlarının qapılarını döyüb, lakin əbəs yerə.

Müharibədən sonra Harut adlı biri (özünü təxəllüslə təqdim edib, əsl adı Ruben Danielyan olub) pul qarşılığında erməni əsgəri əsirlikdən azad etməyi söz verib, lakin fırıldaqçılıq yolu iki ay ərzində bir milyon yarım dram tələb edib və terminalla alıb.

"Elə məlumatlar deyirdi ki, evimizdən çıxdığını düşündüm, inandım. Düşünürdüm ki, necə əsgər anasını aldada bilərlər? Sonuncu gün də zəng etdi ki, oğlun gəlir, 85 min dram lazımdır, helikopterlə gəlir", - deyə erməni əsgərin anası bildirib.


Etiketlər:  İtkin düşən erməni əsgərin anasını aldatdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ