Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu kəndin sakinləri təhlükə ilə üz-üzədirlər - Körpü hər an uça bilər - VİDEO

Bu kəndin sakinləri təhlükə ilə üz-üzədirlər - Körpü hər an uça bilər - VİDEO

Tarix: 21 May 2021 14:04

Tovuzun Məşədilər kəndinin sakinləri hər gün təhlükə ilə üz-üzədirlər. Kəndlə rayonu əlaqələndirən, standartlara cavab verməyən körpü qəzalı vəziyyətdədir. Sakinlərin sözlərinə görə zəyəm çayına sel gəldikdə kəndin rayonla əlaqəsi kəsilir. Növbəti sel zamanı körpünün dağılması qaçılmaz olacaq.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, körpü təhükəli olduğundan avtomobillər çox aşağı sürətlə hərəkət edir..

Uzunluğu 175,  eni 2 metr olan bu körpü Tovuz rayonunda Məşədilər və Qozdərə kəndlərini digər yaşayış məntəqələri ilə birləşdirir. 40 il əvvəl kənd sakinlərinin şəxsi təşəbbüsü və imkanları hesabına inşa edilən, standartlara cavab verməyən körpü bu gün təhlükə mənbəyinə çevrilib.

Kəndə alternativ yol olmadığından Zəyəm çayına sel gəldikdə kənddə həyat dayanır, ətraf ərazilərlə əlaqə kəsilir. Hazırda körpünün bir tərəfli əyilib və bu proses hər gün davam edir.

Körpünün kənarlarında dəmir çərçivə yoxdur. Bu isə dəfələrlə xoşagəlməz hadisələrə səbəb olub. 

Körpünün ensiz olması, başqa problemə də yol açır. Belə ki, iki avtomobil üz-üzə gəlsə, onlardan biri məcburən geriyə hərəkət etməlidir.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi Mübariz Məmmədov bildirib ki, yeni körpünün tikintisi ilə bağlı hələlik heç bir plan yoxdur. Amma körpünün təmir edilməsi nəzərdə tuutulub.


Etiketlər:  kəndin sakinləri təhlükə ilə üzədirlər Körpü hər uça bilər VİDEO


RƏYLƏR