Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 21:08
Bu ilin aprelində Avropa İttifaqında 862 min 220 yeni avtomobil qeydə alınıb ki, bu da hələlik pandemiyadan əvvəlki dövrlə müqayisədə təxminən 300 min aşağı göstəricidir.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatında bildirilir ki, avtomobil satışı koronavirus pandemiyası səbəbindən kəskin şəkildə azalıb. Keçən illə müqayisədə bu ilin aprelində yeni avtomobillərin qeydiyyatı 300 min azalıb.
Çex avtomobil bazarı mövqeyini nəzərəçarpacaq dərəcədə itirməsi müqabilində İspan avtomobil sənayesi öz fəaliyyətini yaxşılaşdırır. Məsələn, "Volkswagen" qrupuna daxil olan İspaniyanın "Seat" şirkəti ötən ilə nisbətən Avropa bazarında satışlarının artdığını qeyd edib.