Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2021 17:51
Üzdə qırışların yaranması insanın yaşını büruzə verən əlamətlərdəndir. Bu hal əhvalınızı pozursa, qırışlar üçün maska hazırlayıb, dərinin qocalma prosesini ləngidə bilərsiniz.
Sonxeber.net Axşam.az-a istinadən ev şəraitində asanlıqla hazırlanan maskanı təqdim edir.
Bir stəkan gül suyuna 2 xörək qaşığı heyva çəyirdəyi və 1 xörək qaşığı xırdalanmış şirin biyan kökü əlavə edilir. 24 saat saxladıqdan sonra süzüb, 1 çay qaşığı buğda toxumu yağı ilə qarışdırılır. Təmiz dəriyə masaj edilərək çəkilir. Yarım saatdan sonra ilıq su ilə yuyulur.