Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Koçaryanı qabaqladı

Paşinyan Koçaryanı qabaqladı

Tarix: 24 May 2021 17:26

Ermənistanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə bağlı sorğu keçirilib.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, telefonla təşkil olunan sorğuda Nikol Paşinyanın komandası ilk sırada qərarlaşıb.

Belə ki, sorğunun nəticələrinə əsasən, Nikol Paşinyanın şansı 24,8 faiz, Robert Koçaryanınkı isə 14,3 faiz qiymətləndirilib. Yerli media yazır ki, sorğuda qərarsız olduğunu deyənlərin hesabına Paşinyanın göstəriciləri 9.6 faiz artaraq 34.4-ə çatacaq.

Bundan əlavə, sorğuda "Çiçəklənən Ermənistan" partiyası 1,6%, "Respublika" 0,8%, "Vətən" partiyası isə 1,2% səs alıb. Respondentlərin 13.4 faizi heç kimə səs verməyəcəyini bildirib.


Etiketlər:  Paşinyan Koçaryanı qabaqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ