Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2021 22:48
"ABŞ Prezidentinin 1915-ci il hadisələri haqqında açıqlaması əlaqələrimizə hər nə qədər əlavə yük gətirsə də, hörmətli Co Baydenlə NATO Zirvə toplantısında reallaşdıracağımız görüş yeni mərhələnin müjdəçisi olacağına inanıram".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan amerikalı iş adamları ilə telekonfrans vasitəsilə görüşündə bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə ilə ABŞ arasında zamanla yaşanan fikir ayrılıqlarına rəğmən hər cür çətinliklərin öhdəsindən gəlməyi bacarıblar: "ABŞ-ın Türkiyəyə daha konstruktiv davranmasını gözləyirik".