Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2021 11:04
11 rayona xidmət edən Yuxarı Qarabağ kanalında işlər sürətlə davam edir.
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, 2021-ci ilin yaz-yay suvarma mövsümünə hazırlıqla bağlı kanalda cari və əsaslı təmir işləri aparılır. Su itkisinə qarşı mübarizə tədbirləri çərçivəsində kanalın alçaq, ensiz yerlərinə torpaq daşınıb tökülür. Kanalın daxili yamaclığında lildən təmizlənmə işləri görülür. Eyni zamanda daxili yamaclıq beton üzlüyə alınır.
Kanaldakı bütün hidrotexniki qurğuların texniki vəziyyətinə baxış keçirilir və təmirə ehtiyac olan qurğularda Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi tərəfindən təmir işləri həyata keçirilir.