Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vulkan püskürməsindən əziyyət çəkən Konqoda 269 zəlzələ qeydə alınıb

Vulkan püskürməsindən əziyyət çəkən Konqoda 269 zəlzələ qeydə alınıb

Tarix: 28 May 2021 08:30

Yerli vulkanoloji rəsədxananın məlumatına görə, Konqo Demokratik Respublikasının (KDR) şərqində Nipaqonqo vulkanının püskürməsindən əziyyət çəkən Qome şəhərində 269 zəlzələ qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qome Vulkanologiya Rəsədxanası (OVG) çərşənbə axşamı Rixter şkalası üzrə 5,2 bal gücündə zəlzələ baş verməsi barədə məlumat yayıb.

Hakimiyyətin fikrincə, zəlzələlər maqmatik deyil. Onların intensivliyi Nipaqonqonun yenidən püskürməsinin mümkünlüyünü məhdudlaşdırmalıdır.

Müşahidələrdən göründüyü kimi, bazar günü baş vermiş vulkanın aktivliyi lava axını dayanandan sonra davam edəcək.

Xatırladaq ki, Konqo Demokratik Respublikasının şərq hissəsində may ayının 22-də axşam dünyanın ən aktiv vulkanlarından sayılan Nipaqonqonun püskürməsi nəticəsində ən azı 32 insan həlak olub. Bir çox insan evakuasiya edilərkən tüstü və zəhərli qazdan həyatını itirib. Bundan əlavə, 170 nəfərin itkin düşdüyü, lava axınının 2500-ə yaxın evi dağıtdığı bildirilir.

Milli.Az


Etiketlər:  Vulkan püskürməsindən əziyyət çəkən Konqoda zəlzələ qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ