Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbələnin Tövlə kəndində mavi yanacaq yoxdur - VİDEO

Qəbələnin Tövlə kəndində mavi yanacaq yoxdur - VİDEO

Tarix: 28 May 2021 14:04

Qəbələ rayonunun Tövlə kəndində mavi yanacaq yoxdur. 

Ətraf yaşayış məntəqələrində mavi yanacaq var, amma ortada Tövlə kəndi qazsız qalıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki,800-dən çox sakinin yaşadığı kənddə sonuncu dəfə 1992-ci ildə təbii qaz olub. Həmin tarixdən etibarən kənd sakinləri təbii qaza həsrətdirlər.

Sakinlər deyirlər ki, kənddən 5 km aralıda magistral qaz xətti keçir. Hazırda ətraf kəndlərin hamısı qazlaşdırılsa da, Tövlə kəndində qaz yoxdur.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, kəndlərin qazlaşdırılması prosesi proqram çərçivəsində həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Qəbələnin Tövlə kəndində mavi yanacaq yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ