Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 16:38
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 419 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 333723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323617 nəfər müalicə olunaraq sağalıb, 4903 nəfər vəfat edib, aktiv xəstə sayı 5203 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7004, ötən müddət ərzində isə ümumilikdə 3503639 test aparılıb.