Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 20:58
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında ən azı 22 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə dövlət orqanlarına istinadən "Sinxua" xəbər agentliyi məlumat yayıb.
Hadisə ştatın qərbindəki Aliqarx şəhərində baş verib. Artıq spirtli içki satan beş mağaza bağlanıb, oradan götürülən spirt nümunələri yoxlanılması üçün laboratoriyaya göndərilib.
Ayrıca olaraq, ştatın aksiz şöbəsinin bəzi vəzifəli şəxsləri işdən kənarlaşdırılıb. Polis araşdırma aparır.