Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arı zəhəri ilə müalicə proseduru

Arı zəhəri ilə müalicə proseduru

Tarix: 30 May 2021 02:03

Arı zəhəri iltihabgötürücü və ağrıkəsici təsirə malikdir. Zəhər xəstənin vəziyyətini yaxşılaşdırır, tonus və iş qabiliyyətini artırır, yuxusuzluq, iştaha və qan-damar sisteminə müsbət təsir göstərir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu arı zəhərinin tətbiq sahələri barədə məlumat verərək deyib: "Arı zəhəri xroniki ağır sindromları, bel, boyun, baş ağrıları və diz ağrılarında, revmatoid-artritlərdə geniş istifadə olunur. Həmçinin dünya təbabətində çətin və müalicəyə tabe olmayan xəstəliklər qrupuna aid olan dağınıq sklerozda da arı zəhəri ilə müalicədən istifadə edilir. Ən çox oynaq və sinir sistemi xəstəliklərində tətbiq olunur. Arı sancması ilə müalicədən sonra xəstədə sanki bir oyanış hiss olunur".

Lakin bəzən zəhərin əks təsiri də olur. Ona görə də əvvəlcə pasiyent müayinədən keçirilir, qan analizləri götürülür, nəticələrə uyğun müalicə tətbiq edilir.

Müalicə proseduru barədə bəhs edən həkim-fitoterapevt deyib: "İlk gün orqanizmin müəyyən bir hissəsindən, daha çox bel, böyrəküstü nahiyədən arı iynəsinin batırılması tətbiq edilir, günaşırı həmin müalicə proseduru mərhələli şəkildə artırıla-artırıla davam edir. Hətta bir müalicə kursundan 40-50, hətta 60-70-ə qədər arı sancmasından istifadə olunur. Bu, daha çox xəstəlikdən asılıdır. Payız, qış və yaz mövsümündə daha çox həmin müalicələr tətbiq olunur".

Həkimlər hamilə qadınlara, böyrək çatışmazlığı, qara ciyər xəstəliyi və dəri problemi olanlara həmin müalicəni tövsiyə etmirlər. Prosedurdan sonra arının iynə batırdığı nahiyəni mütləq yad cisimlərdən qorumaq lazımdır. Az kalorili məhsullarla qidalanmaq və bol maye qəbul etmək məsləhət görülür.


Etiketlər:  Arı zəhəri ilə müalicə proseduru


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ