Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2021 11:16
Avropa Birliyi (AB) həqiqətdən tamamilə uzaqlaşdığını, Suriyaya qarşı müharibənin tərəfdarlarından biri olduğunu və suriyalıların qanının tökülməsindən məsul olduğunu bir daha təsdiqlədi.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi Avropa Birliyi Şurasının Suriyaya sanksiyaları 1 iyun 2022-ci ilə qədər uzatması qərarına reaksiyasında bildirib.
Açıqlamada Suriyaya tətbiq olunan sanksiyaların insan haqları və beynəlxalq humanitar qanun pozuntuları olduğu və sanksiyaların uzadılmasının AB-nin "saxta dəyərlər"lə qürur duyduğunu bir daha ortaya qoyduğu bildirilib.