Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2021 14:45
Kabab bişiriləcək ətin dada gətirilməsi və yumşaldılması üçün ona bəzi maddələrin vurulması sağlamlıq üçün təhlükə kəsb edir.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu diyetoloq-həkim İrina Morozova bildirib.
Həkimin fikrincə, sirkə və mayonezin ətə vurulması bir sıra xəstəliklərə yol aça bilər.
"Bu maddələrin ətə vurulması sağlamlıq barədə düşünən insanlar üçün bəlkə də ən pis variantdır", - deyə Morozova bildirib.
Onun sözlərinə görə, yüksək temperaturlarda mayonezdən çoxlu yağ və sağlamlıq üçün təhlükəli maddələr ayrılır. Konkret olaraq sirkə insanın mədə-bağırsaq sisteminə pis təsir edir, ondan tez-tez istifadə isə hətta böyrək xəstəliklərinə səbəb ola bilər.
Diyetoloq onu da bildirib ki, ətə kefirin vurulması da düzgün deyil. Belə ki, kefir orqanizm tərəfindən dəmir və zülalların mənimsənilməsini ləngidir.