Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 10:08
Bu gün saat 09:00-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlara yola düşüb.
Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, BBAK-dan 72 istiqamət üzrə 663 avtobus sabahdan etibarən xidmətə cəlb olunub:
"Sərnişinlərə səfərdən öncə avtovagzal.az saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair və şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmağınız tövsiyə edilir".