Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 13:25
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Şəbnəm Tovuzlu olub.
cxəbər verir ki, müğənni, xanım həmkarı tərəfindən şərlənmək istənildiyi haqqında danışıb:
"Moskvada olanda telefonuma zəng gəldi. İfaçı dostum Rəşad idi. Mənə dedi ki, bir general dostum var. Ona məlumat çatıb ki, xanım ifaçılardan bir nəfər sənə pislik etmək, səni şərləmək istəyir. Rəşad dedi ki, getdiyiniz yerdən, çantanızdan ehtiyatlı olun. O gündən sonra daha diqqətli oldum. Çox pis oldum. Valideynlərim də narahat oldu ki, axı sən kimə neyləmisən?".