Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik araşdırma apardı, şöbə müdiri işdən çıxarıldı

Nazirlik araşdırma apardı, şöbə müdiri işdən çıxarıldı

Tarix: 31 May 2021 19:46

Təhsil Nazirliyinə daxil olmuş vətəndaş müraciəti əsasında nazirlik tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbində araşdırma aparılıb.

Milli.Az-ın məlumatına görə, qafqazinfonun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, aparılmış araşdırma nəticəsində məktəbdə ciddi nöqsanlara yol verildiyi müəyyən edilib.

Nazirliyin təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq əmri ilə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Milli.Az


Etiketlər:  Nazirlik araşdırma apardı şöbə müdiri işdən çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ