Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü başa çatıb (FOTO)

Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü başa çatıb (FOTO)

Tarix: 27 Aprel 2019 15:24

Bakı. Elçin Mehdiyev - Trend:

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin üçüncü sərbəst yürüşü başa çatıb.

Trend-in məlumatına görə, üçüncü sərbəst yürüşündə “Ferrari” komandasının pilotları fərqləniblər.

Çarls Lekler birinci, Sebastian Fettel isə ikinci olublar. İlk üçlüyü Maks Ferstappen (“Red Bull Racing Honda”) tamamlayıb.

Saat 17:00-da isə Formula 1 yarışlarının sıralanma turu keçiriləcək.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

FOTO - Zaur Mustafayev

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Formula bolidlərinin üçüncü sərbəst yürüşü başa çatıb FOTO


RƏYLƏR