Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 14:24
Ankaranın Kahramankazan qəsəbəsində dəhşətli anlar yaşanıb.
Sonxeber.net haberturk-ə istinadən xəbər verir ki, əlində çörək bıçağı ilə yarıçılpaq halda insanlara dəhşət yaşadan 35 yaşlı Murat Arslantaş onu zərəsizləşdirmək istəyən polislərə hücum edib. Polis də üzərinə hücum edən şəxsin ayağından güllə ilə vurmalı olub.
Lakin buna baxmayaraq yaralı halda polis maşınını qaçırıb. İki kilometrdən sonra isə ələ keçib. Həbs olunan şəxsin bir çox cinayətlər törətdiyi üzə çıxarılıb. Bu yaxınlarda həbsdən çıxan şəxsin qarət, oğurluq, narkotik ticarəti və uşaq istismarı kimi cinayətlər işlətdiyi bəlli olub.
Kamran Seyidov