Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan ölənləri Qanq çayına atırlar

Koronavirusdan ölənləri Qanq çayına atırlar

Tarix: 2 Iyun 2021 09:30

Hindistanın Uttar Pradeş əyalətində Qanq çayından koronavirusdan ölən altı nəfərin cəsədi çıxarılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, may ayında 100-dən çox belə cəsəd tapılıb.

Cəsədlər çürüyüb, bu səbəbdən insanların kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Polisin xəbərdarlığına baxmayaraq, cəsədləri yandırmağa (kremasiya) pulları olmadığını deyən insanlar meyitləri çaya atmağa davam edirlər.

Hindistan koronavirusun yayılması baxımından dünyada ikinci yerdədir. Ümumilikdə ölkədə 28,1 milyondan çox insan virusa yoluxub, 331 mindən çox insan ölüb.


Etiketlər:  Koronavirusdan ölənləri Qanq çayına atırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ