Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toy borcuna görə döyülüb - FOTO

Toy borcuna görə döyülüb - FOTO

Tarix: 2 Iyun 2021 09:40

Amerikalı aktyor Maylz Teller Havay adalarında istirahət zamanı hücuma məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TMZ öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, naməlum şəxslər ulduzu "Monkeypod Kitchen" restoranının ayaqyolunda döyüblər.

İnsayder bildirir ki, münaqişəyə səbəb aktyorun toy mərasimini təşkil edən Maui  şirkətinə borclu qalması olub.

Hücumçulardan birinin xanımı 2019-cu ildə model Kelli Sperri ilə evlənən atyorun toy mərasimini təşkil edənlərdən olub.

Hadisə şahidlərinin sözlərinə görə, Tellerə hücum edənlər cütlüyün 60 min dollar borcları qaldığını xatırladıb.

34 yaşlı aktyor ciddi travma almayıb.

Aktyorun arvadı hücumun toya görə olduğunu inkar edir.

Qeyd edək ki, Teller "Divergent", "Whiplash", "War dogs", "Only the Brave", "Fantastic Four" və "The Spectacular Now" filmlərdəki rolları ilə tanınıb.

Milli.Az


Etiketlər:  Toy borcuna görə döyülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ