Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı və İrəvan Moskvada sərhəddəki vəziyyəti müzakirə edəcək

Bakı və İrəvan Moskvada sərhəddəki vəziyyəti müzakirə edəcək

Tarix: 2 Iyun 2021 11:54

Azərbaycan və Ermənistan nümayəndələri arasında sərhəddəki vəziyyətlə bağlı danışıqlar bu gün Moskvada keçiriləcək.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinad edərək məlumat verib.

Qəzetdə qeyd olunur ki, danışıqlar zamanı Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət müzakirə olunacaq.

"Azərbaycan tərəfdən danışıqlarda Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Ermənistan tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və sərhəd qoşunları Baş Qərargah rəisi Arman Qasparyan iştirak edəcəklər", - deyə nəşr yazıb.

Bundan əlavə Qarabağdakı sülhməramlı kontingent komandiri Rüstəm Muradovun da danışıqlarda Rusiya tərəfindən iştirak edəcəyi qeyd olunur.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-dən Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsi -delimitasiya və demarkasiya işləri görməyə çalışır. Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəyib.


Etiketlər:  Bakı İrəvan Moskvada sərhəddəki vəziyyəti müzakirə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ