Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cennifer Lopez və Ben Afflek gələcək planlar qururlar - FOTO

Cennifer Lopez və Ben Afflek gələcək planlar qururlar - FOTO

Tarix: 3 Iyun 2021 10:00

Uzun illərdən sonra yenidən bir araya gələn tanınmış ifaçı Cennifer Lopez və məşhur aktyor Ben Afflek hazırda fəal şəkildə gələcək planlar qururlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "People" jurnalı yazır.

Məlumata görə, cütlük birlikdə kifayət qədər vaxt keçirir. Onlar Mayami və Los-Anceles arasında tez-tez səyahət edir və özlərini olduğca xoşbəxt hiss edirlər.

Məşhurlar öz yaxın münasibətləri barədə rəsmi açıqlama verməsələr də, bu münasibətlərini gizlətməyə çalışmırlar. Onlar idman zalı və restoranlara birlikdə gedir, hamının gözü qarşısında qucaqlaşıb öpüşürlər.

Qeyd edək ki, Lopez və Afflek 2002-2004-cü illərdə də eşq yaşayıblar.  

Milli.Az


Etiketlər:  Cennifer Lopez Afflek gələcək planlar qururlar FOTO


RƏYLƏR