Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvaya iş üçün gedənlərə ŞAD XƏBƏR

Moskvaya iş üçün gedənlərə ŞAD XƏBƏR

Tarix: 3 Iyun 2021 12:40

Rusiyanın paytaxtı Moskvanın rəhbərliyi əmək miqrantları üçün icazələrin alınmasını sadələşdirəcək, çünki onların Rusiyaya girişindəki mövcud məhdudiyyətlər həddən artıqdır və paytaxtda kəskin işçi çatışmazlığı var.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu Moskva merinin müavini Vladimir Yefimov deyib.

"Hesab edirik ki, əmək miqrantlarının ölkəyə girişinə qoyulan, hələ qüvvədə olan məhdudiyyətlər mövcud vəziyyətdə həddindən artıqdır. Bütün bunlar əmək mühacirlərinin əmək dəyərinin bu gün 30 % artmasına səbəb olub və işçi qüvvəsi çatışmazlığı davam edir. Ümid edirik ki, bu mexanizmlər də yaxın gələcəkdə sadələşdiriləcək", - deyə o bildirib.

Yefimov əlavə edib ki, federal səviyyədə fəaliyyət göstərən icazə proseduru çox mürəkkəbdir - bunu bütün işəgötürənlər və ilk növbədə inşaatçılar deyirlər.


Etiketlər:  Moskvaya üçün gedənlərə ŞAD XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ