Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toyların keçirilməsi mümkün görünür - Bu qaydalar şərt ola bilər

Toyların keçirilməsi mümkün görünür - Bu qaydalar şərt ola bilər

Tarix: 4 Iyun 2021 10:52

"Karantin rejiminin daha da yumşaldılması il bağlı yeni qərarları gözləmək olar".

Bunu Sonxeber.net-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

O bildirib ki, müəyyən qaydaların tətbiqi ilə toylara icazə verilə bilər:

"Toylarla bağlı qadağanın ləğvi mümkündür. Çünki artıq bildiyiniz kimi müəyyən qadağalar aradan qalxıb. Bu qadağaların içində xüsusi əhəmiyyət kəsb edəni açıq havada maskadan istifadənin götürülməsidir.

Əgər müəyyən sosial məsafə, əllərin gigiyenası və lazım gəlsə COVİD testi verməklə (nəticə neqativ olarsa - red) toylarla bağlı qadağalar da aradan götürülə bilər. Sadaladığım qaydalar çərçivəsində toyların açıq havada təşkili mümkündür". 

Təhməz Əsədov


Etiketlər:  Toyların keçirilməsi mümkün görünür qaydalar şərt bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ