Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Protaseviçi tanımıram, tanımaq da istəmirəm” - Putin

“Protaseviçi tanımıram, tanımaq da istəmirəm” - Putin

Tarix: 5 Iyun 2021 08:20

Rusiya Prezidenti Vladimir Putin Minsk hava limanında saxlanılan Nexta teleqram-kanalının qurucusu Roman Protaseviçi tanımadığını bildirib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında sessiya moderatoru Stas Natanzon Putinə "Ryanair" təyyarəsinin məcburi endirilməsi və Protaseviçin saxlanılması ilə bağlı suallar verməyə başlayıb. Lakin Rusiya dövlət başçısı onun sözünü kəsərək deyib:

"Stas, bizim böyük auditoriyamız var. Sankt-Peterburq forumu beynəlxalq iqtisadi forumdur. Siz isə məni və kansleri (Avstriya kansleri Sebastyan Kurts forumda video-formatda iştirak edib - red.) hansısa Roman Protaseviçlə bağlı suallarla məşğul edirsiz. Mən onu tanımıram, tanımaq da istəmirəm. Qoy orda istədiyini etsin".


Etiketlər:  Protaseviçi tanımıram tanımaq istəmirəm Putin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ