Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2021 08:34
"Formula-1" üzrə Azərbaycan Qran-prisi davam edir.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, mövsümün altıncı mərhələsinin ikinci günündə ilk qaliblər müəyyənləşəcək.
"Formula-2"də birinci yarışın ən sürətliləri bəlli olacaq.
Qran-prinin ikinci günündə "Formula-1" pilotları isə 2 dəfə trekə çıxacaqlar. Onlar öncə üçüncü - sonuncu sərbəst yürüşdə məşq edəcəklər. Ardınca sıralama turunda mübarizə aparacaq iştirakçılar əsas yarış üçün mövqelərini dəqiqləşdirəcəklər.
Azərbaycan Qran-prisi
5 iyun
11:25-12:15. "Formula-2". Sprint yarışı
13:00-14:00. "Formula-1". Üçüncü sərbəst yürüş
16:00-17:00. "Formula-1". Sıralama turu
17:40-18:30. "Formula-2". Sprint yarışı
Qeyd edək ki, yarış iyunun 6-da yekunlaşacaq.