Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maşın bazarında yanğın: 20-yə yaxın avtomobil külə dönüb - Gürcüstanda - FOTO

Maşın bazarında yanğın: 20-yə yaxın avtomobil külə dönüb - Gürcüstanda - FOTO

Tarix: 6 Iyun 2021 17:08

Gürcüstanın Rustavi şəhərindəki maşın bazarında yerləşən kafedə yanğın baş verib. 

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə yerinə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin 3 yanğınsöndürmə briqadası cəlb edilib.

Yaxınlıqdakı avtomobillərə sıçrayan yanğın bir neçə maşını yararsız hala salıb. Yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Etiketlər:  Maşın bazarında yanğın yaxın avtomobil külə dönüb Gürcüstanda FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ