Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millət vəkili Ramil Həsəndən açıqlama - hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm

Millət vəkili Ramil Həsəndən açıqlama  - hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm

Tarix: 7 Iyun 2021 18:20

Xəbər verdiyimiz kimi, Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleyman Milli Məclisin deputatı Ramil Həsənin onun qızını qaçırtması ilə bağlı iddiasıyla çıxış edib. O, deputatın ünvanına olduqca ağır ittihamlar səsləndirərək əlində övladını görməsi ilə bağlı məhkəmə qərarları olmasına baxmayaraq millət vəkilinin buna mane olduğunu bildirib.

Sonxeber.net xəbər verir ki, sözügedən qalmaqalla bağlı deputat Ramil Həsən qafqazinfo-ya açıqlama verib. O qeyd edib ki, barəsində dərc olunanlar cəfəngiyyatdır və elə buna görə də geniş açıqlama verməyi tələb edən bir məsələ yoxdur:

"Barəmdə yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Məsələ hüquqi müstəvidə araşdırılacaq. Siz də nəticəsini görəcəksiniz.

Düşünürəm ki, bu qarayaxmanı edənlər layiqli cəzalarını alacaqlar. Dövlətin inkişafı üçün çalışan birini ləkələməyin hesabını verəcəklər".


Etiketlər:  Millət vəkili Ramil Həsəndən açıqlama hüquq mühafizə orqanlarına müraciət edəcəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ