Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2021 12:10
Biləsuvarlı fermerlər ötən il əkdikləri pambığın subsidiya pulunu ala bilmir.
Onların sözlərinə görə, adətən subsidiya formasında verilən əlavə məbləği dekabr ayının sonlarına kimi alardılar.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, fermerlər deyir ki, quraq hava şəraitində susuzluqdan korluq çəksələr də, min bir əziyyətlə məhsul becəriblər. Amma pambığın hər kiloqramı üçün ayrılmış 10 qəpik subsidiyanı onlara vermək istəmirlər.
Fermerlərin sözlərinə görə, ötən il "Azərbaycan -ASK" MMC-nin Biləsuvar pambıq məntəqəsi ilə müqavilə bağlayaraq çiyid səpini aparıblar. Ötən ilin oktyabr ayında məhsul yığımı başa çatıb. Satış üçün tətbiq edilən məbləği alıblar. Amma pambığın hər kiloqramı üçün ayrılan 10 qəpik subsidiyanı bu günə kimi ala bilmirlər.
Məsələ ilə bağlı "Azərbaycan -ASK" MMC-nin Biləsuvar pambıq məntəqəsindən bildiriblər ki, problemin həlli Kənd Təsərrüfatı Nazirliyindən asılıdır. "Azərbaycan -ASK" MMC subsidiyaların ödənilməsi üçün tələb olunan sənədləri Nazirliyə onlayn şəkildə göndərib.
Kənd Təsərrüfatı Nazirliyindən isə bildirdilər ki, pulların ödənilməsində geçikmələr olsa da, artıq bu problem həll olunub.
Nazirliyin şöbə müdiri Vüqar Hüseynov bildirib ki, hazırda pulu ödənilməyən fermerlər qalmaqdadır. Bunun əsas səbəbi isə həmin fermerlərin subsidiyaların ödənilməsi üçün elektron səhifədə sənədlərini düzgün qeyd etməmələridir. Bir daha həmin fermerlərə bildirilir ki, sənədləri vaxtında, düzgün qeyd etmədikləri təqdirdə pullarını ala bilməyəcəklər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: